XƏBƏRLƏR
-
Təxirə salınmış oyunlar keçiriləcək
İkinci Liqada I və IV turlardan təxirə salınmış AZZERS – “Bibi-Heybət” və NTD – “Advokat” oyunları keçiriləcək. Hər iki matç dekabrın 4-də Olimpik Starda oynanılacaq.
-
NFL: VIII turun oyunları keçirilib
Naxçıvan Futzal Liqasında VIII turun oyunları keçirilib. Nəticələri və turnir cədvəlini diqqətinizə çatdırırıq:
-
CBC Sport-un seçimi
Bu gün Yüksək Liqa X turun oyunları keçiriləcək. CBC Sport bu dəfə “Neftçi” İK – “Marafon” oyununu canlı yayımlayacaq.
-
BL, XIV tur: "Forza Neftçi" - "Standard" (fotoreportaj)
-
“Dalğa” liderə yaxınlaşdı
Bu gün İkinci Liqada XII turun oyunları keçirilib. Daha doğrusu, “Baker Hughes” – “Bibi-Heybət” və NTD – “Emin spor” oyunu baş tutmayıb. Bu dəfə “Baker Hughes” və “Emin spor” təyin olunmuş vaxtda meydana çıxmayıb. Hər iki oyunla bağlı İntizam Komitəsi qərar verəcək. Nəticələrə gəldikdə, “Altay” iddialı “Atletiko Baku”dan güclü olub. “Dalğa” isə uğurlu çıxışını davam etdirir. “Bədr FK Xocalı” – AZZERS qarşılaşması məhsuldarlığı ilə yadda qalıb. “Advokat” qazandığı qələbə sayəsində müvəqqəti də olsa, zirvəyə yüksəlib. Turan “Təbriz”in qələbəsi ilə yekun vurulub.
-
Lideri dəyişən qələbə
Bu gün keçirilmiş 5 oyunlar XIV tura yekun vurulub. Günün ilk oyununda qapı toru cəmi bir dəfə silkələndi. Digər görüşdə isə “Baku Fire-2” böyükhesablı qələbəyə sevindi. “Ulduz” birinci hissədə rəqibinə yenilsə də, fasilədən sonra toparlanmağı və hesabı lehinə çevirməyi bacardı. “Baku Fans” – U-19 oyunu isə birincilərin təyin olunmuş vaxtda meydana çıxmaması üzündən baş tutmayıb. Turun sonuncu, həm də mərkəzi oyunu kifayət qədər maraqlı alındı. Xüsusilə də “Forza Neftçi” fan-klubun üzvləri hazırladıqları pankartlarla və şüarlarla komandalarını qələbəyə səsləyirdilər ki, bu da matça əlavə rəng qatırdı. Hesabı liderin ən yazın izləyicisi açdı. Təcrübəli Həbib Amanov rəqib torunu silkələdi. Növbəti qolun müəllifi isə Emin Quliyev oldu. Nominal qonaqlar fasiləyə qədər daha bir qol vurdu. “Forza Neftçi” ikinci hissəyə qolla başladı. 22-ci dəqiqədə Rəhman Cəfərov fərqi minimuma endirdi. Amma matçda son nöqtəni “Standard” qoydu. Beləliklə, “Forza Neftçi” mövsümdə ilk məğlubiyyətini almaqla yanaşı, liderliyi də əldən verdi. Əvəzində “Standard” “taxt”a yüksəldi.
-
İkinci Liqa, XII tur: Təyinatlar
İkinci Liqada XII turun oyunlarına təyinatlar açıqlanıb. Oyunlar dekabrın 1-də Bakı İdman Sarayında keçiriləcək.
-
Yüksək Liqa: Sarı vərəqələr
Dekabrın 2-də Yüksək Liqada X turun oyunları keçiriləcək. Üç futzalçı sarı vərəqə limitini doldurduğuna görə, komandasına kömək edə bilməyəcək: