LİQALAR
-
PFL və STAR kargo finalda
Birinci Liqada pley-off mərhələsinin oyunları keçirilib. İlk matç daha dramatik alınıb. “Baku Fire” ardıcıl qollar sayəsində üstünlük qazansa da, ikinci hissədə toparlanan “STAR kargo” hadisələrin gedişini lehinə dəyişib və qələbə qazanıb. Digər matç da gərginliyi ilə yadda qalıb. Amma daha təcrübəli futzalçılardan qurulan PFL cütün taleyini xeyrinə həll etməyi bacarıb. Final və 3-cü yer uğrunda oyunlar mayın 7-də keçiriləcək.
-
Böyükhesablı qələbələr
Yüksək Liqada XVII turun oyunları keçirilib. İlk matçda son çempion “Araz-Naxçıvan”la ortabab “Şuşa” qarşılaşıb. Sarı vərəqə limitini doldurduğuna görə “Şuşa”dan Rüstəm Bağırov və Vladislav Vorobyev komandasına kömək edə bilmirdi. Fasiləyə qədər 7 cavabsız qol vuran “qırmızı-ağlar” ikinci hissədə daha məhsuldar olub.
Turun ikinci oyununa isə “Neftçi” İK itkilərlə çıxmışdı. Nihad İsmayılov və Emil Həsənzadə sarı vərəqə limitini doldurduğuna görə matçı tribunadan izləyirdi. Hesabı lider açdı. Düzdür, gənclər 4 dəqiqə sonra hesaba bərabərlik gətirdi, amma “ağ-qaralar” qısa vaxtda 3 qol vurmaqla fasiləyə üstün yollandı. İkinci hissədə qolları sıralayan “Neftçi” turu böyükhesablı qələbə ilə başa vurdu.
“Baku Fire” 3 xalı meydana çıxmadan qazanıb. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılır.
-
Bu gün Yüksək Liqa, XVII tur
Bu gün Yüksək Liqada XVII turun oyunları keçiriləcək. İlk oyunun start fiti saat 15:30-da veriləcək.
-
Birinci Liqa, pley-off: Təyinatlar
Birinci Liqada pley-off mərhələsinin oyunlarına təyinatlar açıqlanıb. Hər iki matçın birinci hakimi FİFA referisidir.
-
Yüksək Liqa: Sarı vərəqələr
Yüksək Liqada 2 və daha çox sarı vərəqəsi olan futzalçıların adları:
-
BL, pley-off: Oyun cədvəli
Birinci Liqada pley-off mərhələsinin oyun cədvəli açıqlanıb. Finalçıların və 3-cü yer uğrunda oynayacaq komandaların adları aprelin 23-də keçiriləcək görüşlərdən sonra müəyyənləşəcək.
-
Yüksək Liqa, XVII tur: Oyun cədvəli
Yüksək Liqada XVII turun oyun cədvəli açıqlanıb. Aprelin 23-də ilk matç 15:30-da start götürəcək.
-
YL, XVI tur: Araz-Naxçıvan - Baku Fire (fotolar) 5:1